Biz həmişə demişik ki, istənilən ölkə hansı səviyyədə dəstək verəcəyi ilə bağlı suveren qərar verməlidir.
Azadmedia.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder Polşanın Ukraynaya silah yardımını dayandırmasını şərh edərkən bildirib.
Belə ki, “Polşa Rusiya işğalı zamanı Ukraynaya təhlükəsizlik yardımı göstərməkdə, nəinki təhlükəsizlik yardımı göstərməkdə, həm də müharibə nəticəsində Polşaya qaçan bir milyondan çox məcburi köçkün ukraynalıya əhəmiyyətli humanitar yardım və dəstək göstərən aparıcı ölkələrdən biri olub", - deyə Rayder bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.