Qarabağ bölgəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən antiterror əməliyyat zamanı şəhid olan Daxili Qoşunların MAXE-si Babayev Sahil Sarıbala oğlu Masallı rayonunun Ərəb kəndində dəfn olunub.
Asiya.az xəbər verir ki, şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkili Məşhur Məmmədov, rayonun hüquq mühafizə, idarə-müəssisə rəhbərləri, din xadimləri, ictimaiyyat nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov cənazəyə bürünmüş üç rəngli Dövlər Bayrağını öpərək şəhidin atası Sarıbala Babayevə təqdim edib. Şəhidimiz ailəli idi. Üç övladı yadigar qaldı. Allah rəhmət etsin. Cəfər Cəfərov, Elsevər Əliyev,