Ukrayna münaqişədə uğur qazanacağı təqdirdə ABŞ diqqətini Çinə yönəldəcək.
Azadmedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, “Əgər ABŞ Çindən narahatdırsa, o zaman Ukraynanın qələbəsini təmin etmək lazımdır”, - deyə alyansın baş katibi bildirib.
Stoltenberqin fikrincə, Kiyev münaqişədə qalib gəlsə, ABŞ (Ukraynanın timsalında) Avropada ikinci ən böyük orduya sahib olacaq ki, bu da Vaşinqtonun diqqətini Çinə yönəltməsini asanlaşdıracaq və regiondakı vəziyyətlə bağlı narahatlığını azaldacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.