AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanları nəzərdən keçirilir

  • + A
  • - A
  • 22-09-2023, 10:43

    Bakıda silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanları nəzərdən keçirilir

    Prezidentin köməkçisi: Bakı silahlarını təhvil verən Qarabağ sakinlərinə amnistiya verilməsini nəzərdən keçirir


    Azərbaycan hakimiyyəti silahlarını təhvil verən Dağlıq Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirir. Azadmedia az xəbər verir ki bunu “Reuters” agentliyinə açıqlamasında Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib.

    “Hətta keçmiş hərbi döyüşçülərə münasibətdə belə, onları bu şəkildə təsnif etmək olarsa... biz amnistiya imkanlarını nəzərdən keçiririk və ya amnistiyadan danışırıq”, - Hacıyev bildirib.

    Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi Qarabağ silahlı birləşmələrinin silahı yerə qoymuş üzvlərini tərk etməyə icazə verəcək.

    Hacıyev əlavə edib ki, hazırda müəyyən qruplar və zabitlər Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər.

    Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib. Əməliyyatın məqsədinin “genişmiqyaslı təxribatların” qarşısının alınması, o cümlədən Ermənistan ordusunun bölmələrinin tərksilah edilərək bölgədən çıxarılması olduğu bildirilib.

    Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan qoşunlarının hələ də Dağlıq Qarabağ ərazisində qalması ilə bağlı bəyanatlarını rədd edib.

    Rusiya Federasiyasının Müdafiə Nazirliyi münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və danışıqları davam etdirməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR