Qarabağla bağlı çoxlu gözləntilər Fransa və prezident Emmanuel Makronun vasitəçiliyi ilə bağlı idi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Paris bu vasitəçilik gündəmini öz üzərinə götürməyə çalışıb: "Fransanın hamıdan, xüsusən də Rusiyadan daha yaxşı vasitəçilik edə biləcəyini söylədi. Rusiya vasitəçi kimi öz funksiyalarını yerinə yetirərkən, sülh yolu ilə nizamlanmaya doğru irəliləmək üçün həqiqətən yaxşı, fundamental əsaslar var idi. Qərb ideologiyası vəziyyətə girməyə başlayan kimi hər şey dəyişdi".
Onun sözlərinə görə, bu, vasitəçilik məsələsində Qərbə üz tutacaq hər kəs üçün dərs olmalıdır: "Nəhayət, bu dəfə Paris özünü hansısa şəkildə izah etmək üçün heç bir söz tapmağı belə lazım bilməyib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.