Fırıldaqçılıqda ittiham olunaraq üç il həbs cəzası çəkən Pakistanın keçmiş baş naziri və “Ədalət Hərəkatı” müxalifət partiyasının lideri İmran Xan sentyabrın 25-də üçüncü arvadı Büşra Bibi ilə evləndiyi zaman İslam normalarını pozduğu iddiası ilə məhkəmə qarşısına çıxmalıdır.
Büşra Bibi özü də məhkəmə qarşısına çıxmalıdır. Məhkəmə iclasında İ.Xanın üçüncü arvadı ilə evlənməsi, müsəlman qadının ərinin ölümündən və ya boşandıqdan sonra o, yeni nikaha girənə qədər davam edən və İslam qanunları ilə müəyyən edilmiş məcburi subaylıq müddəti olan “iddə”ni pozmaqda ittiham ediləcəyi gözlənilir. Büşra Bibi ilk əri, gömrük məmuru Xavər Manekadan 30 illik evliliyindən sonra 2018-ci ildə boşanıb. O, 2018-ci ilin avqustunda hökumət başçısı seçilməzdən yarım il əvvəl İmran Xanla evlənib. Əvvəlki evliliyindən üç yetkin qızı və iki oğlu var.
Xatırladaq ki, 70 yaşlı İmran Xanın “qeyri-islam nikahı” ilə bağlı yeni məhkəmə prosesi siyasətçiyə qarşı küfrdən tutmuş terrorizmə qədər 150 müxtəlif ittihamla qaldırılan cinayət işlərinin uzun siyahısında növbəti cinayət işi olacaq.
Mənbə: TASS
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.