Köhnə Zuvand məktəbində şagirdlərin sevinci möhtəşəm idi.
Azadmedia.az xəbər verir ki, Köhnə Zuvand kəndində “Bilik günü” bu təhsil ocağı üçün bu il daha böyük sevinclə başlayıb.
Belə ki, şagirdlər bu il onlar üçün quraşdırılmış 90 metrlik, 300 pilləlik pilləkənlərlə məktəbə rahat şəkildə gedibllər. Övladlarını məktəbə gətirən valideynlər də bu sevincə şərik olublar.
Xatırladaq ki, Köhnə Zuvand məktəbinin dağ relyefində yerləşməsi buraya gediş-gəlişi çətinləşdirirdi. Məhz, rayon rəhbərliyinin təşəbbüsü ilə “Heydər Əliyev ili” çərçivəsində təhsil ocağına verilən ən dəyərli hədiyyə kənd yolunu məktəb binasına ilə birləşdirən körpünün salınması olub.
Bilik günü məktəb həyətinə toplaşan sakinlər bir daha bu böyük qayğıya balaları yüksək təhsil uğuru ilə cavab verəcəklərini bildiriblər.
Həmçinin məktəbin pedaqoji kollektivi də bu quruculuq işinə görə hədsiz sevinc hissini bölüşüblər. Onlar ölkənin belə ucqar kəndlərində təhsilə göstərilən qayğını dönə-dönə qeyd ediblər.
Qeyd edək ki, kənd sakinləri, valideynlər və məktəbin bütün kollektivi dövlətimizin təhsilə göstərdiyi qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezitent Mehriban xanım Əliyevaya, Masallı RİH başçısı Araz Əhmədova dərin minnətdarlıqlarını bildiriblər.
Ülkər Piriyeva