İranın nüvə proqramını davam etdirmək üçün fəaliyyəti sabitliyi ciddi şəkildə pozan amildir.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Belə ki, “Bu, təkcə region deyil, həm də regiondan kənar ölkələrin təhlükəsizliyini riskə atır”, - deyə Blinken vurğulayıb.
Qeyd edək ki, dövlət katibi İranın nüvə silahı istehsal etməsinə heç vaxt icazə verməyəcəklərini və diplomatik kanallarla prosesi davam etdirmək istədiklərini də bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.