Almaniya və Polşa arasında miqrantlara yüz minlərlə iş vizasının qeyri-qanuni verilməsi ilə bağlı qalmaqal yaranıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Belə ki, Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkələr arasında sərhəd nəzarətini gücləndirmək lazım ola bilər.
Qey olunub ki, “Almaniyaya gəlib cinayət törədən hər kəs vətənə qaytarılmalıdır. Almaniya sığınacaq hüququna sadiqdir. Sərhədlərdəki vəziyyətlə əlaqədar Polşada vizaların verilməsi zamanı mümkün pozuntulara aydınlıq gətirilməlidir. Pulla verilən vizalar problemi daha da ağırlaşdırdı. Sərhədlərdə mövcud vəziyyətdən asılı olaraq əlavə tədbirlər görülməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.