AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik - Makron

  • + A
  • - A
  • 25-09-2023, 00:56

    Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik -



    Fransa Nigerdə ​​hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina edir və ilin sonuna qədər bu Afrika ölkəsindən ordusunu çıxarmaq niyyətindədir.

    Azadmedia.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanallarına müsahibəsində deyib.

    Belə ki, “Biz hazırkı Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Bu, yaxın həftələrdə təşkil olunacaq və bu, əməkdaşlığın sonu deməkdir. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir”, - deyə Makron Niameydəki bazadan hərbçilərin çıxarılmasına toxunaraq bildirib.

    Qeyd edək ki, Makron qoşunların tam çıxarılmasının “ilin sonuna qədər” baş tutacağını açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR