NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Şimali Atlantika Alyansını Serbiyaya zərbə endirməyə çağırıb.
Azadmedia.az xəbər verir ki, o, müvafiq çağırışı X sosial şəbəkəsində yayıb.
Belə ki, "Serblərin Kosovaya qarşı müharibəsi Banskda başladı. Mən NATO-nu dərhal Serbiyaya qarşı müdaxilə hazırlamağa çağırıram. Belqradı elə indi bombalayın!" - deyə o bildirib.
Qeyd edək ki, Felinger baş verənlərdə Rusiyanın əli olduğunu iddia edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.