Pakistandakı müvəqqəti hökumətin xarici işlər naziri Cəlil Abbas Cilani deyib ki, İsraillə əlaqələrin qurulması bu ölkənin və Fələstin xalqının milli maraqlarından asılıdır.
"Geo News" televiziyasında yer alan xəbərə görə, nazir Cilani İsrailin xarici işlər naziri Eli Koenin ölkəsinin İslam dünyası ilə əlaqələrini normallaşdıracağına dair açıqlamalarına cavab verib.
Koenin son zamanlar heç bir Pakistan rəsmisi ilə görüşmədiyinə diqqət çəkən Cilani İsraillə əlaqələrin qurulmasının ölkənin və Fələstin xalqının milli maraqlarından asılı olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.