Belarusda PUA-lardan istifadə məhdudlaşdırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.
Fərmana əsasən, dronların fiziki şəxslər üçün Belarus ərazisinə gətirilməsinə, mülki PUA-ların saxlanmasına, dövriyyəsinə, istismarına və istehsalına qadağa qoyulub.
İstisna hallar Belarus Nəqliyyat və Rabitə Nazirliyinin Aviasiya Departamentinin müvafiq icazəsi olan şəxslər və təşkilatlara aid edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.