Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda keçirilən MİKTA Xarici İşlər Nazirləri Toplantısında iştirak edib.
İclasdan sonra rəsmilər birgə foto çəkdiriblər. Belə ki, hər bir nümayəndənin dayanacağı yerdə bayraqlar yapışdırılıb. Türkiyənin XİN rəhbəri yerə yapışdırılan türk bayrağını götürüb. Daha sonra isə köməkçisinə uzadıb.
Fidanın bu hərəkəti maraqla qarşılanıb. Bir çox sosial media istifadəçisi Hakan Fidanın hərəkətini Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana bənzədib. Qısa müddətdə sosial şəbəkədə gündəm olan videoya, “Təbiət dəyişir, bu qan yenə eyni qandır”, “Kimin tələbəsidir, Maşallah” kimi şərhlər gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.