Amerika Birləşmiş Ştatları Kubanın ABŞ-dakı səfirliyinə edilən hücumu pisləyib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan verdiyi bəyanatda deyib: “Amerika Birləşmiş Ştatlar Kubanın Vaşinqtondakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyir”.
Belə ki, diplomatik binalara hücumların qəbuledilməz olduğunu bildirən Sallivan araşdırma üçün Kuba səfirliyi rəsmiləri və hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqlarını qeyd edib.
Həmçinin, Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla rəsmi ''X'' səhifəsində etdiyi paylaşımda bazar günü axşam saatlarında Kubanın Vaşinqtondakı səfirliyinə molotof kokteyli ilə hücum edildiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.