AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi”

  • + A
  • - A
  • 25-09-2023, 22:44

    “Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi”

    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü


    Tarixi bir faktdır ki, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq!
     
    Rəsmi İrəvanın işğalçılıq siyasəti və saxtakarlığı müharibəni qaçınılmaz etdi. Müharibəni təhrik edən beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti nəticəsində - məhz, münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və çox təəssüflər olsun ki, beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı, lakin 30 il ərzində artıq ölkəmizin səbr kasası doldu.

    Bəli, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
    Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Mənfur düşmən doğma torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu.

    Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

    Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan müharibəni həm də hərbi-siyasi yollarla həll etdi, belə ki, hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində, 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Eyni zamanda, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Məhz bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

    Heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirib və etdirir. Həyata keçirilən uğurlu siyasət nəticəsində, Müzəffər Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Belə ki, ordumuzun müasir texnika ilə təchizatı, daimi olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, əlbəttə ki, bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
    Sözsüz ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur.
    Bugün və tarix boyu fəxarət hissi ilə deyə bilərik ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir!

    Beləliklə, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Xalq, Ali Baş Komandan, Ordu həmrəyliyi, effektiv hərbi strategiya və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmiş oldu.. Qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı bahasına bütün dünya ölkəmizin şanlı qələbəsinin canlı şahidi oldu.

    Bununla da bitmir.. Qeyd etmək yerinə düşərdi ki, məhz bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.. Bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 44 günlük Vətən müharibəsi nəticəsində, işğaldan azad etdiyimiz torpaqlarımızda 30 ilə yaxın bir müddətdə daşı daş üstündə qoymayan erməni vəhşiliyini canlı şəkildə bütün dünya görməkdədir!...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR