AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanada parlamentinin spikeri nasisti qanunverici orqana dəvət edilməsi və onu tərifləməsi qalmaqalı fonunda istefa verdi - Rota qərarı

  • + A
  • - A
  • 27-09-2023, 02:25

    Kanada parlamentinin spikeri nasisti qanunverici orqana dəvət edilməsi və onu tərifləməsi qalmaqalı fonunda istefa verdi -


    Kanada parlamentinin spikeri Entoni Rota nasisti qanunverici orqana dəvət edilməsi və onu tərifləməsi qalmaqalı fonunda istefa verdiyini bildirib.

    Belə ki, artıq Rota qərarı barədə qanunvericilərə məlumat verib.

    Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfəri zamanı “Qalisiya” SS diviziyasının keçmiş əsgəri 98 yaşlı Yaroslav Hunkanı salamlayıb.

    İkinci Dünya müharibəsi illərində Birinci Diviziya Ukrayna könüllüləri arasından toplanmış faşist Almaniyasının qoşunlarının taktiki quruluşu idi. Zelenski ilə birlikdə nasisti Kanadanın baş naziri Castin Trüdo da salamlayıb.

    Nəticədə hər iki liderin bu addımı müzakirələrə səbəbə olub və bir sıra dövlət rəsmiləri baş vermiş hadisəni İkinci Dünya Müharibəsi zamanı baş vermiş rasizmin dəstəklənməsi kimi qiymətləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR