Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrda Ukrayna ordusuna məxsus 2700-dən çox silah və hərbi texnikanı, o cümlədən Amerikanın “Bradley” piyada maşını, Amerikanın M777 artilleriya sistemi, Almaniyanın “Leopard” tankı və Britaniyanın “Challenger” tankını məhv etdiklərini bildirib.
Sergey Şoyqu paytaxt Moskvada nazirlik rəsmiləri ilə görüş keçirib.
Ukrayna ordusunun sentyabrın 22-də Sevastopola edilən hücumda öldürüldüyünü iddia etdiyi Rusiyanın Qara dəniz donanması komandanı Viktor Sokolov da iclasa onlayn qaydada qatılıb.
İclasda Ukraynadakı vəziyyəti qiymətləndirən Srergey Şoyqu bəyan edib ki, Rusiya hərbi birləşmələri Ukrayna qüvvələrini məğlub etmək üçün fəaliyyətlərini davam etdirir.
Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün münaqişə xətti boyunca ciddi itkilər verdiyini bildirən Sergey Şoyqu sentyabrda 17 mindən çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini, Amerikanın 7 ədəd “Bradley” piyada maşını, M777 artilleriya sistemi, ABŞ, Almaniya, Fransa və Polşadan gətirilmiş 51 artilleriya qurğusu, Almaniyanın 2 ''Leopard'' tankı və Böyük Britaniyanın 1 ''Challenger'' tankı da daxil olmaqla 2700-dən çox silah və hərbi texnikanın məhv edildiyini qeyd edib.
Nazir Şoyqu bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna ordusunu silahlandırmaqda davam edir.
“Kiyev rejimi təlimsiz əsgərləri mənasız döyüşlərə göndərir. Qərbin və onların Kiyevdəki tərəfdaşlarının bu cür kinli hərəkətləri Ukraynanı ancaq özünü məhv etməyə sövq edir'',-deyə Sergey Şoyqu bildirib.
Rusiya ordusundakı şəxsi heyətin formalaşdırılması işlərinin davam etdiyini açıqlayan Sergey Şoyqu ilin əvvəlindən hərbi bölgələrdə zabit sayının 11 min, müqaviləli əsgər sayının isə 30 min nəfər artdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.