AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa və Çexiya ilə sərhədlərdə müvəqqəti yoxlamalar aparılacaq - Almaniya DİN

  • + A
  • - A
  • 27-09-2023, 11:14

    Polşa və Çexiya ilə sərhədlərdə müvəqqəti yoxlamalar aparılacaq -



    Almaniyanın daxili işlər naziri Nensi Faser sentyabrın 27-də miqrant və sığınacaq axtaranların axını fonunda ölkənin Polşa və Çexiya ilə sərhədlərində müvəqqəti yoxlamaların aparılması ilə bağlı göstəriş verəcək.

    Ordu.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

    Mənbənin sözlərinə görə, yaxın bir neçə gün ərzində “seçilmiş sərhəd keçidlərində” yoxlamalar başlayacaq.

    2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77% çoxdur.

    Sentyabrın 23-də Almaniya kansleri Olaf Şolts sərhəddə nəzarətin gücləndirilməsinə icazə verib. Eyni zamanda o, Almaniyanın ehtiyacı olanlara sığınacaq verməyə davam edəcəyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR