AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkələr 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı - Lloyd Ostin

  • + A
  • - A
  • 27-09-2023, 21:30

    Bu ölkələr 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı -



    Amerika Birləşmiş Ştatları Keniya ilə regional təhlükəsizlik, terrorizm və zorakılıqla mübarizə üçün 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı.

    Azadmedia.az TRT-yə istinadla xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Keniyanın paytaxtı Nayrobidə Keniya prezidenti Uilyam Ruto və müdafiə naziri Aden Bare Duale ilə ikitərəfli görüşlər keçirib. Sonra iki ölkə arasında regional sabitlik və terrorla mübarizə mövzusunda 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb.

    ABŞ və Keniya strateji tərəfdaşlıq möhkəmləndirmək və terror təşkilatı “Əl-Şəbab”la mübarizədə əməkdaşlıq qərarı veriblər.

    Afrika səfəri çərçivəsində Cibuti və Keniyada müxtəlif görüşlər keçirən ABŞ müdafiə naziri sonra Anqolaya yola düşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR