AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan-Türkiyə Sağlamlıq Xidmətləri və Sağlıq Turizmi Sərgisi keçirilir - KİV

  • + A
  • - A
  • 27-09-2023, 21:42

    Özbəkistan-Türkiyə Sağlamlıq Xidmətləri və Sağlıq Turizmi Sərgisi keçirilir -


    Türkiyədən də xəstəxana və sağlamlıq turizmi agentliklərinin qatıldığı Özbəkistan-Türkiyə Sağlamlıq Xidmətləri və Sağlıq Turizmi Sərgisi (Health Uzbekistan-2023) keçirilir.

    Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə ikinci dəfə təşkil edilən və 20-dən çox xəstəxana və səhiyyə qurumlarının yer aldığı sərginin açılışında Türkiyənin Özbəkistan səfiri Olqan Bekar, Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi Cəlaləddin Asamıddinov və çoxlu sayda qonaq iştirak edib. Türkiyədən də turizm agentlikləri sərgiyə qatılıb.

    Səfir Olqan Bekar Türkiyənin səhiyyə sektoruna qoyduğu sərmayələr, beynəlxalq miqyasda müvəffəqiyyət qazanan həkimləri və tibb sahəsindəki yeniliklərə sürətlə uyğunlaşması sayəsində dünyanın üstünlük verilən ölkələrdən birinə çevrildiyini vurğulayaraq deyib: “Özbəkistanın Türkiyənin səhiyyə sektoruna investisiyalarına ehtiyacı var. Bu cür tədbirlər türkiyəli sərmayəçilərin Özbəkistanın səhiyyə sektoruna sərmayə qoyması üçün əhəmiyyət daşıyır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR