Koreya Xalq Demokratik Respublikasında (KXDR) 14-cü Ali Xalq Məclisinin (AXM) 9-cu sessiyası zamanı bir neçə yeni nazir və ölkənin Mərkəzi Bankının yeni rəhbəri təyin edilib, həmçinin suvarma və əlillərin hüquqları ilə bağlı bir sıra qanunlar da qəbul edilib.
Belə ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Sessiyanın gündəliyinə biri “təşkilati məsələ” olmaqla yeddi məsələ daxil edilib. An Gön Qın maşınqayırma sənayesi naziri, Li Sun Çul isə Tikintiyə Dövlət Nəzarəti Nazirliyinə rəhbər təyin edilib. Çon Çul Su torpağın mühafizəsi və ətraf mühit naziri, Kim Qvan Çjin tədarük və qida naziri olub. Pek Min Qvan isə Mərkəzi Bankın sədri təyin olunub.
Gündəliyə təşkilati məsələ ilə yanaşı, nüvə qüvvələri ilə bağlı konstitusiya dəyişiklikləri, əlillərin hüquqları, irriqasiya və işçilərin hüquqlarının təmin edilməsi haqqında qanun layihələrinin müzakirəsi də daxil edilib. Kosmik idarənin adının dəyişdirilməsi haqqında qərar qəbul edilib.orduaz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.