Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının qərarlarını razılaşdırmaq niyyətindədir və Azərbaycanın ona ev sahibliyi etməyə hazır olmasından məmnundur.
"Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik", - o, media brifinqində deyib.
Onun sözlərinə görə, ABŞ Qarabağdakı son eskalasiyada Rusiyanın oynadığı rolu “məhsuldar” hesab etmir. "Əlbəttə, Rusiyanın ötən həftə burada məhsuldar rol oynadığını düşünmürəm. Biz bunu zaman-zaman görmüşük. Onların danışıqları asanlaşdırdığı hallar olub, biz bunu alqışlamışıq, lakin son baş verənlərdə fəaliiyyətləri məhsuldar deyil".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.