Şimali Koreya lideri Kim Çen İn və Rusiya Prezidenti Vladimir Putin arasında görüş zamanı silahların ötürülməsi barədə razılıq əldə olunub.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.
Qeyd edək ki, “Biz bunu dəfələrlə demişik və xəbərdarlıq etmişik ki, Rusiya ilə Şimali Koreya arasında silah danışıqları, böyük ehtimalla, Kim Çenin Rusiyaya səfəri zamanı olub. Danışıqların davam etdiyinə inanırıq”, - deyə Miller bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.