ABŞ Dövlət Departamenti və Pentaqon arasında Ukraynaya silah tədarükü ilə bağlı fikir ayrılığı var.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, həmin məlumata görə, Dövlət Departamenti silah tədarüklərini gücləndirməyin tərəfdarıdır, lakin Pentaqon daha ehtiyatlı mövqe tutur:
“Dövlət Departamenti hesab edir ki, ABŞ Ukraynanı hərbi və diplomatik müstəvidə fəal şəkildə dəstəkləməyə başlayaraq, üzərinə müəyyən öhdəliklər götürüb və onlara əməl etməlidir, Pentaqon isə Vaşinqtonun Moskva ilə birbaşa hərbi münaqişəyə qarışmamaq şərtilə Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirməyə üstünlük verir”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.