AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hər mühitdə iki dövlətli həlli dəstəkləməyə davam edəcəyik" - BMT sözçüsü

  • + A
  • - A
  • 28-09-2023, 16:26

    "Hər mühitdə iki dövlətli həlli dəstəkləməyə davam edəcəyik" -


    Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik İsrail-Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləməyə davam edəcəklərini bildirib.
    Azadmedia.az xəbər verir ki, Stefan Düjarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
    Belə ki, İsrail Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında tarixi Fələstin torpaqlarını İsrail sərhədləri daxilində göstərən xəritədən istifadə etməsinə reaksiya ilə bağlı sualı cavablandıran Stefan Düjarrik deyib:''Üzv ölkələrin Baş Assambleyada söylədiklərinə və ya göstərdiklərinə qarışa bilmərik və qarışmaq istəmirik”.
    Qeyd edək ki, bu xəritənin BMT-nin mövqeyini əks etdirmədiyini bildirən Dujarrik deyib: "Hər mühitdə iki dövlətli həlli dəstəkləməyə davam edəcəyik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR