Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Avropa Birliyinə üzv dövlətlərin parlament sədrlərinin konfransının birinci sessiyasında çıxışı zamanı deyib.
Həmçinin o bildirib ki, Azərbaycanın müharibədən başqa yolu yox idi:
“Beynəlxalq təşkilatlar öz işini görmədi. Ona görə də Azərbaycan 44 günlük müharibəyə başlamalı oldu. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olacaq”.
Qeyd edək ki, Qurtulmuş vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir:
“Həmçinin, Zəngəzur dəhlizinin açılması təkcə bir dövlətə yox, bütün regiona lazımdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.