Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2023-2024-cü illər üçün təşkilatın Rəhbərlər Şurasına 11 yeni üzvün seçildiyini açıqlayıb.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, artıq agentliyin rəhbər orqanlarından birinin işində Əlcəzair, Ermənistan, Banqladeş, Burkina Faso, Ekvador, İndoneziya, Cənubi Koreya, Niderland, Paraqvay, İspaniya və Ukrayna da iştirak edəcək.
Belə ki, Şura BAEA-nın maliyyə hesabatlarını, proqram və büdcəsini nəzərdən keçirir, bununla bağlı Baş Konfransa tövsiyələr verir. O, agentliyə üzvlük üçün müraciətləri nəzərdən keçirir, təminat müqavilələrini təsdiq edir və BAEA-nın təhlükəsizlik normalarını dərc edir. Şura həmçinin Baş Konfrans tərəfindən təsdiqlənən BAEA Baş direktorunu təyin edir.
Qeyd edək ki, Şuranın növbəti iclası oktyabrda keçiriləcək. Onun işində daim 35 dövlət iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.