AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynaya ədalətli və sabit sülh lazımdır - NATO Baş katibi

  • + A
  • - A
  • 29-09-2023, 08:28

    Ukraynaya ədalətli və sabit sülh lazımdır -



    “Ukrayna müharibəni dayandıra bilməz. Rəsmi Kiyevin belə bir imkanı yoxdur”.

    Azadmedia.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

    Belə ki, onun sözlərinə görə, Ukraynanın təslim olması sülhdən imtina deməkdir: “Bu, Rusiyanın işğalının davam etməsi demək olacaq. Ukraynaya isə ədalətli və sabit sülh lazımdır”.

    Həmçinin Y.Stoltenberqin fikrincə, Ukraynanın davamlı və ədalətli sülhə nail olmaq üçün Rusiyaya qarşı şiddətli mübarizədən başqa variantı yoxdur: “NATO müttəfiqləri bu mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olacaqlar. Ukrayna gücləndikcə Rusiya işğalına son qoymağa bir o qədər yaxınlaşırıq. Rusiya bu gün silahı yerə qoya və bu müharibəyə son qoya bilər”.

    Bundan əlavə Baş katib bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır: “Biz Ukraynanın Alyansa üzvlüyü üçün birlikdə çalışırıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR