AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ZİYAN VURUR?

  • + A
  • - A
  • 29-09-2023, 15:20

    Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ZİYAN VURUR?

    Kompüter oyunları, smartfon və ya planşetdən istifadə həyatımızda hərəkətin azalmasına səbəb olan amillərdəndir. Bu fəaliyyətlər adətən oturaraq və ya hərəkətsiz şəkildə edilir.

    Bundan əlavə, tədqiqatçılar smartfondan istifadənin yaddaşa mənfi təsir etdiyini bildirirlər. Həyatımızın əvəzedilməz parçasına çevrilən cib telefonları uzun müddətli istifadədə ciddi xəstəliklərə səbəb olur.

    Oturaq həyat tərzini və smartfonların insan həyatına zərərlərini araşdırılı: Ürək xəstəlikləri Oturaq həyat tərzi qan təzyiqinin, xolesterol səviyyəsinin artmasına, çəki artımına və 2-ci tip diabetin inkişafına kömək edə bilər.

    Bu amillər ürək xəstəliyi riskini artırır. Əzələ zəifliyi və skelet sistemi problemləri Hərəkətsizlik əzələlərin zəifləməsinə səbəb ola bilər. Bu vəziyyət əzələ-skelet sistemi problemlərinə, oynaqlarda ağrılara və hərəkətin məhdudlaşdırılmasına zəmin yaradır.

    Stress, narahatlıq və depressiya Fiziki cəhətdən aktiv olduğunuz zaman beyniniz əhvalınızı yüksəldən serotonin adlı kimyəvi maddə ifraz edir. Fiziki fəaliyyət olmadan, daha az serotonin ifraz olunur, buna görə də emosiya və motivasiya azala bilər.

    Daha az motivasiya olduqda isə psixi sağlamlığınızı idarə etmək çətinləşir. Yuxu problemləri Hərəkətsizlik yuxu problemlərinə səbəb ola bilər. Müntəzəm fiziki fəaliyyətlə məşğul olmamaq yuxu keyfiyyətinə mənfi təsir göstərir və yuxu pozğunluğunu yaradır. Tədqiqatlar göstərir ki, həddindən artıq telefon istifadəsi nəticəsində radiasiyaya məruz qalma təkcə beyinə dağıdıvı təsir edir.

    Skelet pozğunluğuna səbəb olur Uşaqlıq dövrü insanların yalnız əqli, mənəvi və emosional deyil, həm də fiziki cəhətdən sürətli inkişaf və dəyişikliyə məruz qaldığı bir dövrdür. Uşağın skelet sistemi inkişaf etməyə və forma almağa davam edərkən, gün ərzində mütəmadi telefonla vaxt keçirdikdə, boyundakı fəqərələr, barmaqlar əyilir, və bel fəqərələrində deformasiya yaranır.

    Beləliklə sümük sistemində baş verən inkişaf pozğunluqları zamanla öz yerini tapır və qalıcı olur. Daim ekrana baxmaq gözləri yorur Uşaq ekrana baxarkən qırpmalarının sayı azalır. Normaldan az qırpma gözün səthindəki yaşların buxarlanmasına səbəb olur.

    Hər göz qırpımında göz yaşları gözü yuyur, qidalandırır, təmizləyir və nəmləndirir, göz qapağının asanlıqla açılıb bağlanmasına şərait yaradır. Göz az qırpıldıqda quruluq, sancma, yanma və qızartı yaranmaqla bərabər, infeksiya riski artır, gözlər zəifləməyə başlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR