AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin “Vaqner” xüsusi hərbi təşkilatının komandanlarından Troşevlə görüşdü - Peskov

  • + A
  • - A
  • 29-09-2023, 18:02

    Putin “Vaqner” xüsusi hərbi təşkilatının komandanlarından Troşevlə görüşdü -


    Rusiya prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi təşkilatının komandanlarından Andrey Troşevlə görüşüb.
    Kremldən verilən açıqlamaya görə, görüşdə Rusiya Müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da iştirak edib.
    Azadmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Putin-Troşev görüşündən sonra verdiyi açıqlamada deyib: "Troşev artıq Rusiya Müdafiə Nazirliyində işləyir."
    Belə ki, Rusiya prezidenti Vladimir Putin iyulun 14-də “Kommersant” qəzetinə verdiyi müsahibədə Ukraynada döyüşən ''Vaqner'' qruplaşmasının 24 iyunda Rusiya administrasiyasına qarşı üsyan etməsindən sonra 29 iyunda Kreml sarayında 35 ''Vaqner'' komandiri ilə görüşdüyünü bildirmişdi.

    Qeyd edək ki, Komandirlərə müxtəlif iş variantları təklif etdiyini qeyd edən Vladimir Putin “Vaqner” döyüşçülərinin “Sedoy” ləqəbli komandirin komandanlığına keçməsini təklif etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR