AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: Azərbaycan-Çin tərəfdaşlığı hər gün yeni məzmunla zənginləşir

  • + A
  • - A
  • 30-09-2023, 23:03

    İlham Əliyev: Azərbaycan-Çin tərəfdaşlığı hər gün yeni məzmunla zənginləşir


    Qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir. Bu barədə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə Çinin yaranması günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

    “Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Ölkənizin qətiyyətli və müdrik rəhbərliyiniz sayəsində qazandığı bütün sahələrdə əldə etdiyi nailiyyətlər və uğurlar onu iqtisadi cəhətdən dünyanın ən qüdrətli və qabaqcıl dövlətləri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir.

    Yaxın dost və etibarlı tərəfdaş olan Çin ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız günü-gündən yeni məzmunla zənginləşir.

    Məmnuniyyətlə qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimizin geniş gündəliyi var. İqtisadi, ticarət, nəqliyyat-logistika, humanitar sahələrdə, bərpa olunan enerji sahəsində və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın çox aydın və böyük perspektivləri var. Eyni zamanda, Azərbaycan vasitəsilə Çindən Qərbə daşınan yüklərin həcminin artması “Kəmər və Yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir bariz nümunəsidir.

    Çin şirkətləri uzun müddətdir ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası əlaqələrimizin inkişafında mühüm rol oynayırlar. Biz istərdik ki, işğaldan azad edilmiş ərazilərimizdə bu əməkdaşlıq davam etsin.

    Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Biz Çinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndiririk”, - məktubda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR