Oktyabrın 2-də Kiyevdə Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi iclası keçiriləcək.
Azadmedia.az “TASS”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel deyib.
“Əminəm ki, bu ilin sonuna qədər həyata keçiriləcək. Sabah konkret qərarlar gözləməyin, sabah Aİ Şurasının qeyri-rəsmi iclası olacaq, qeyri-rəsmi görüşlər isə konkret qərarların qəbuluna deyil, siyasi müzakirələrə yönəlib”, - o, Ukraynaya 2027-ci ilin sonuna qədər 20 milyard avro yardım ayrılması ilə bağlı sualı cavablandırarkən bildirib.
Oktyabrın 1-də Borrell bəyan edib ki, Avropa İttifaqı ABŞ-də baş verən hadisələrdən asılı olmayaraq, Ukraynaya maliyyə dəstəyini davam etdirmək və onu yüksəltmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.