Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarılıb.
Bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.
Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.