Zəngəzur dəhlizi İran ərazisindən keçə bilər.
Bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu "A Haber"in canlı efirində deyib.
Onun sözlərinə görə, məsələ Ermənistanla müzakirə olunur, lakin dəhlizin İrandan keçməsi istisna deyil: "Prezident Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı biz liderlər və nazirlər səviyyəsində vəziyyəti müzakirə etdik. Zəngəzur marşrutu Türkiyədən Bakıya xətləri təmin edəcək. Bu, dəhlizin mühüm marşrutlarından biri olacaq. Danışıqlar davam edir. Naxçıvandan Dilucu sərhəd-keçid məntəqəsinə qədər xətt var, 14 kilometrlik yeni xəttin təmiri və tikintisi gündəmdədir. Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsi Ermənistanla sərhədi keçir. Bu, Ermənistan tərəfi ilə müzakirə olunur. Dəhlizin İran ərazisindən də həyata keçirilməsi mümkündür. Biz bunu tez bir zamanda reallığa çevirməyi düşünürük".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.