Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, həmin məlumatda qeyd olunub ki, sanksiyaların yeni mərhələsi AB-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur.
Qeyd edək ki, sanksiyalar paketi Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını özündə ehtiva edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.