"Avropa İttifaqının (Aİ) 2024-cü ildə Ukraynaya 5 milyard avroluq hərbi yardımın ayrılması ilə bağlı ilin sonuna qədər razılaşacağı gözlənilir".
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrel Kiyevdə 27 icma ölkəsinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Belə ki, "Mən 2024-cü il üçün Avropa Sülh Fondu çərçivəsində 5 milyard avro məbləğində yeni hərbi yardım paketi təklif etmişəm. Ümid edirəm ki, Aİ-yə üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan əvvəl razılığa gələ biləcəklər", - deyə o bildirib.
Qeyd edək ki, C.Borrel əlavə edib ki, Aİ Kiyevlə müdafiə sənayesi, minalardan təmizləmə və dezinformasiya ilə mübarizə sahələrində əməkdaşlığı inkişaf etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.