Oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Azadmedia.az xəbər verir ki, bu sözləri MDB-nin baş katibi Sergey Lebedev deyib.
Belə ki, “Əksər ölkələr iştirakını təsdiqləyib. Ukrayna və Moldovanın olmasına gəlincə, onlar nə Dövlət Başçıları Şurasının iclasında, nə də Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaqlar. MDB-nin de-yure üzvü olmalarına baxmayaraq, onlar sammitlərdə iştirak etməkdən çəkinirlər”, - deyə Lebedev bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.