AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80%-i tamamlanıb”

  • + A
  • - A
  • 4-10-2023, 11:23

    Anar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80%-i tamamlanıb”


    “Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb”.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

    O bildirib ki, Cəbrayıl və Zəngilan rayonu ərazisindən keçən ən mühüm yol infrastrukturu layihələrindən biri Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin tikintisidir:

    “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 123,5 km təşkil edir. Layihə üzrə fiziki tərəqqi 80%-dir. Yol birinci texniki dərəcəyə uyğun 4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. Süni qurğular üzrə işlər 89%, körpülər və tunellər üzrə isə ümumilikdə 77% tamamlanıb. Yeni yola paralel olaraq uzunluğu 144 km olan mövcud yolun da hazırda yenidən qurulması işləri tərəfimizdən icra olunur. Bu işlər hazırda Horadiz-Zəngilan hissəsində aparılır”.
    A.Nəcəfli qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağdam avtomobil yolundan başlanğıcını götürən daha bir yol isə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur:

    “Yolun ümumi uzunluğu 39,7 km təşkil edir. Yol birinci texniki dərəcəyə uyğun 4 hərəkət zolaqlı olmaqla inşa edilir. Dövlətimizin başçısı 2022-ci il oktyabrın 19-da sözügedən yolun Cəbrayıl şəhərinə qədər olan 14,2 km-lik hissəsinin, həmçinin bu ilin may ayının 5-də Cəbrayıl şəhərindən sonrakı 8,2 km-lik hissəsinin açılışında iştirak edib. Yolun qalan hissəsinin tikintisi davam edir və artıq yekunlaşmaq üzrədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR