AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərbi Azərbaycan İcmasından Fransa xarici işlər nazirinə CAVAB

  • + A
  • - A
  • 4-10-2023, 12:06

    Qərbi Azərbaycan İcmasından Fransa xarici işlər nazirinə CAVAB


    “Fransanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqının missiyasının mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu, Ermənistanı militarizmə və revanşizmə sövq etdiyini göstərir”.

    Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

    Bildirilib ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, 1 milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransanın indi Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışması riyakarlığın klassik nümunəsidir.
    “Azərbaycana qarşı “Ermənilər Qarabağdan güc tətbiq olunması təhlükəsinə görə çıxdılar” kimi iftira atan fransız nazir nədənsə ölkəsinin soyqırımlar, irqçiliklə dolu utancverici tarixini, hələ də başqa xalqları müstəmləkə asılılığında saxlamasını “unudur”.

    İnanırıq ki, Afrikada biabırcasına məğlubiyyətlərə düçar olan Fransanın dini təəssübkeşliyə və azərbaycanofobiyaya və islamofobiyaya əsaslanan Cənubi Qafqaz siyasəti də iflasa uğrayacaq”, - bəyanatda vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR