Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı partiya iclası, həmçinin İspaniyaya səfəri təxirə salınıb.
Ərdoğanın İspaniyaya səfərinin soyuqdəymə səbəbindən ləğv edildiyi bildirilib.
Qeyd edək ki, Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə telefon danışığı aparıb və İspaniyaya dəvət olunub. Türkiyə Prezidentinin sabah İspaniyaya edəcəyi səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin və regional hadisələrin müzakirəsi nəzərdə tutulurdu.
Mənbə: “Cumhuriyyet”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.