AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin şərhləri ABŞ-ın mövqeyini dəyişməyəcək - AĞ EV

  • + A
  • - A
  • 4-10-2023, 15:34

    BMT-nin şərhləri ABŞ-ın mövqeyini dəyişməyəcək -


    Amerika Birləşmiş Ştatları Qarabağda “humanitar vəziyyət”in diqqət mərkəzində olduğunu bildirib.

    Azadmedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ermənistana köçmüş Qarabağın keçmiş sakinləri üçün ilk mərhələdə “11 milyon dollar humanitar yardım” təmin etdiklərini deyib.

    Belə ki, həmin yardımların təşkili üçün bölgəyə ABŞ-dan bir qrupun da göndərildiyi barədə məlumatı paylaşan Kirbi "Buna görə də humanitar vəziyyətə çox diqqət yetirmişik və orda mövcud olan məyus vəziyyətə kömək etmək üçün əlimizdən gələni edirik" deyib.

    Həmçinin ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Qarabağla bağlı “uzunmüddətli, müstəqil beynəlxalq monitorinq missiyasının” yaradılmasının zəruriliyinə toxunub.

    Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin “Qarabağda mülki şəxslərə qarşı pis rəftar edilməməsi, kənd təsərrüfatı, heyvandarlıq və ya infrastruktura ziyan dəyməməsi” ilə bağlı qənaətindən məmnunluğunu ifadə edən V.Patel deyib: “BMT-nin şərhləri ABŞ-ın mövqeyini dəyişməyəcək və Qarabağda daha uzunmüddətli beynəlxalq missiyaya qarşı güclü bir istək və ehtiyac olduğuna inanmağa davam edirik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR