AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ISW: İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər

  • + A
  • - A
  • 5-10-2023, 09:38

    ISW: İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər


    "Ermənistan son aylarda ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan başqa digər tərəflərdən təhlükəsizlik yardımı almağa başlayıb".

    Azadmedia.az ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun analizində deyilir.

    "Ermənistan və İran rəsmiləri ayrı-ayrılıqda Rusiyadan narazılıqlarını bildirərək, Moskvanın Ukraynanın işğalından sonra Ermənistanın müdafiəsinə məhəl qoymadığını bildiriblər. Sentyabrda Ermənistan ABŞ-la birgə hərbi təlim keçirdi. Oktyabrın 4-də Fransa rəsmiləri Ermənistan və Fransanın silah sazişlərini müzakirə etdiklərini açıqladılar.

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sonuncu dəfə 2-4 oktyabr tarixlərində Tehranda İranın yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə görüşüb. İran Ermənistanı müdafiə etmək və bununla da onun Qafqazdakı strateji maraqlarını qorumaq üçün müxtəlif addımlar ata bilər. İran Ermənistana hərbi dəstək verə bilər. Bu kurs inandırıcıdır, çünki İsrail mediası əvvəllər İranın son aylarda Ermənistana PUA-lar və digər hərbi texnikalar verdiyini yazıb.

    İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri oktyabrın 4-də Tehranda Qriqoryanla görüşü zamanı sərhədə iranlı “müşahidəçilər” yerləşdirməyi təklif etdiyinə görə bu da inandırıcıdır. Baqirinin mövqeyini nəzərə alsaq, bu "müşahidəçilər", ehtimal ki, İran hərbi qulluqçuları olacaqlar. İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 4-də Tehranda Qriqoryanla görüşündə İranın Qarabağdan gələnlər üçün Ermənistana yardım göndərməyə hazır olduğunu vurğulayıb", - analizdə qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR