Ermənistan mediası separatçıların “başçılarının” necə həbs edilməsi ilə bağlı yeni iddialar irəli sürüb.
Azadmedia.az Publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanı Azərbaycana Rusiyanın təhvil verdiyini iddia edir.
Nəşr yazır ki, ruslar bu separatçıları aldadıb.
“Əldə etdiyimiz məlumata görə, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan son ana qədər sülhməramlıların qərargahında olub. Onlara sağ-salamat Ermənistana keçə biləcəklərinə dair vəd də verilib, lakin ruslar vədlərini yerinə yetirməyiblər. Araik əmin idi ki, isti münasibətdə olduğu ruslar onu Bakıya təhvil verməyəcək, lakin sonda heç nə gözlədiyi kimi olmadı”, - nəşr bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.