Prezident İlham Əliyevin Qranadada planlaşdırılan görüşdə iştirak etməyəcəyini bilirik.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
Belə ki, “Biz bəyan etmişik ki, uzun müddətdir davam edən bu münaqişənin həlli üçün Ermənistan və Azərbaycan arasında dialoq lazımdır. Dövlət katibi və digər şəxslər bu məsələ ilə fəal məşğul olurlar və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Patel bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.