Türkiyenin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Milli Müdafiə Nazirliyində bir araya gəliblər.
Azadmedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Belə ki, həmin toplantıda Ankarada törədilən terror aktına toxunan xarici işlər naziri Hakan Fidan Türkiyenin terrorla mübarizədəki mövqeyinin aydın olduğunu bildirib.
Qeyd edək ki, "Türkiyənin terrorla mübarizədəki mövqeyi aydındır. Aparılan araşdırmalar nəticəsində 2 terrorçunun Suriyadan gəldiyi və burada təlim keçdiyi məlum olub. PKK/YPG-nin İraq və Suriyadakı bütün infrastrukturu, mövqeləri və enerji obyektləri təhlükəsizlik qüvvələrimizin və kəşfiyyat orqanlarımızın qanuni hədəfidir. Üçüncü şəxslərə PKK-YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm. Silahlı qüvvələrimizin bu terror hücumuna cavabı çox aydın olacaq və terror təşkilatı bunu etdiyinə görə peşman olacaqlar'',- deyə Hakan Fidan vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.