Abxaziyadakı Oçamçira buxtasında Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün daimi baza yaradılacaq.
Belə ki, bu barədə qondarma “abxaziya respublikası”nın “prezidenti” Aslan Bjaniya KİV-ə açıqlamasında deyib.
“Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Oçamçira buxtasında donanma üçün daimi baza olacaq”, - Bjaniya bildirib.
Onun sözlərinə görə, bu, həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artıracaq:
“Hərbi əməkdaşlıq sahəsində artıq çox işlər görülüb, lakin ölkələr hələ də bir çox addımlar atmalıdır. Rusiya bizə dəstək verir, mütəxəssislərimiz daim Rusiyanın xüsusi müəssisələrində təkmilləşdirmə kurslarından keçirlər, ona görə də bu məsələ, təbii ki, heç vaxt gündəmdən düşmür”.axaraz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.