Azadmedia.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 04 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidləri Əliyev Aslan Elman oğlu, Əzizov Qüdrət Bəhruz oğlu, Hacıyev Toğrul Siyavşah oğlu və Qasımov Qismət Yolçu oğlunun ailə üzvləri ilə görüşüb.
Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Vətən müharibəsi zamanı ölkə Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın birliyindən, azərbaycan oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıb.Rayon rəhbəri adları Vətən tarixinə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. Vətən uğrunda canından keçən Şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə şəfa diləyib.
Sonra rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.