Fransa bu həftə ərzində Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Belə ki, “Biz bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya əsasında həyata keçiriləcək”, - deyə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Qeyd edək ki, bu ilin avqustunda Nigerdə baş verən hərbi çevrilişdən sonra hakimiyyətə yiyələnən hərbçilər Fransadan ordusunu və səfirini bu ölkədən çıxarmasını tələb etmişdi.
Nigerdə 1,5 minə yaxın fransız əsgəri var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.