İordan çayının qərb sahilində israillilərə qarşı hücum dalğasında günahkar İrandır.
Azadmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Belə ki, “İran Yəhudeya və Samariyada (İordan çayının qərb sahili üçün İsrail terminidir - red.) terror dalğasına və vətəndaşlarımızın öldürülməsi üçün əməliyyatların təşviqinə, maliyyələşdirilməsinə görə birbaşa məsuliyyət daşıyır. İsrail hökuməti terrorizmlə şiddətli mübarizə aparacaq və İsrail vətəndaşlarını qoruyacaq”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.